Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronaviruslu insanı təyin etmək üçün maska hazırlanıb

11 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Massaçusets Texnologiya İnstitutunun (MTİ) mütəxəssisləri Harvard Universitetindəki həmkarları ilə birlikdə maskanı taxan şəxsin koronavirus xəstəsi olub olmadığını təyin etməyə imkan verən bir prototip maska hazırlayıb.

Nümunənin içərisində, birdəfəlik, çıxarıla bilən kiçik sensor qurğusu var. İstifadəçinin özü onu hansı nöqtədə aktivləşdirəcəyini müəyyənləşdirir. Diaqnoz müddəti təxminən 90 dəqiqədir və məxfiliyi təmin etmək üçün nəticələr yalnız maskanın içərisində göstərilir. Prototip bir neçə il əvvəl hazırlanmış texnologiyaya əsaslanır. Əvvəllər oxşar çiplər Ebola virusunu aşkar etmək üçün istifadə edilirdi. Sensorun yalnız maskaya deyil, həm də geyimə tikilə biləcəyi qeyd olunur. Maska digər virusları aşkarlamaq üçün də tənzimlənə bilər. Belə sensorların təcili yardım personalı, tibb işçiləri və hərbi personalın qorunması üçün faydalı ola biləcəyi qeyd olunur.

Oxşar xəbərlər
OTACI