Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yevlaxda narkotik satan şəxs saxlanılıb

11 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə olan heroin və metamfetaminin (patı) satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Orxan Bəkirov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman satış məqsədi ilə qablaşdırılmış 31 bükümdə 8 qrama yaxın heroin və metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirlir.

Oxşar xəbərlər
OTACI