Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qarajdan meyiti tapılan oğlanla qız görün kim imiş - Hadisə yerindən video

11 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sumqayıtda qarajda iki nəfərin meyiti tapılıb.

Press.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. 

Belə ki, ərazidə olan qarajlardan birinə keçirilən baxış zamanı orada olan avtomobildə qəsəbə sakini 24 yaşlı Vahid Məmmədov və tanışı, Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini, 30 yaşlı Jasmina Mahmudova ölmüş vəziyyətdə tapılıblar. Meyitlər müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Hər iki şəxsdən 3 gündür xəbər olmadığı bildirilir. Həmin şəxslər yaxınları tərəfindən axtarılıb. V. Məmmədovun iyulun 1-də hərbi xidmətdən gəldiyi və qarajın onlara məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Mənbə: APA TV 

 

Oxşar xəbərlər
OTACI