Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xayme Romero: "Bu, bizi daha da həvəsləndirəcək"

11 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ"ın futbolçusu Xayme Romero klubuun saytına açıqlama verib.

Press.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Avstriya toplanışından danışıb və azarkeşlərlə verilən qərara sevindiyini deyib:

"Hazırlığımız tam istədiyimiz kimi gedir. Bütün futbolçular motivasiyalıdır və hər kəs böyük həvəslə çalışır. Hamı tez bir zamanda pik formaya çatmaq istəyir. Çox həvəsliyik və rəsmi oyunların başlamasını səbirsizliklə gözləyirik. Sevindirici haldır ki, avrokubok oyunlarımıza azarkeşlər də gələcək. Ötən mövsüm onların yoxluğunu hiss etdik. Futbolu azarkeşlər üçün oynayırıq. 50 faizə qədər azarkeşin tribunalara buraxılması müsbət haldır. Bu, bizi daha da həvəsləndirəcək. Bu xəbərə çox sevindim. İnanıram ki, qələbələrimizlə azarleşlərimizi sevindirəcəyik. Onların dəstəyinə ehtiyacımız var".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI