Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Turnirin ən yaxşı 2 komandası finala çıxıb" - Qaret Sautqeyt

10 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Rəqib əla komandadır. Turnirin ən yaxşı iki komandasının finala çıxdığını düşünürəm. Buna şübhə yoxdur. Nəticə isə oyun günü hansı millinin daha yaxşı çıxış edəcəyindən asılıdır. Finala çıxdıqdan sonra qələbə qazanmalısan. Görüşün çətin keçəcəyini bilirik, ancaq hədəfimiz qələbə olmalıdır. Biz buna inanmalıyıq".

Press.az "Sky Sports"a istinadən xəbər verir ki, bu sözləri İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2020-nin finalında İtaliyaya qarşı keçirəcəkləri oyun haqda danışarkən deyib. O, rəqib komandanı tərifləyib:

"İki ildir İtaliyanı yaxından izləyirəm, çünki Roberto Mançininin necə bir iş gördüyünü bilirəm. Onun çox aydın oyun fikirləri, böyük xarakteri var. Ona görə də komanda yüksək enerji ilə çıxış edir. Bütün İtalyan komandaları kimi yığma da taktiki cəhətdən yaxşıdır. Ancaq indiki İtaliya millisi müasir şəkildə oynayır. Bu kollektiv uşaq vaxtı izlədiyim İtaliya yığmasından fərqlidir. Avropa çempionatının ölkə üçün nə demək olduğunu isə çox yaxşı başa düşürük".

Qeyd edək ki, sabah Londondakı "Uembli" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI