Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əhaliyə qazla bağlı ŞAD XƏBƏR - Pulsuz olacaq / VİDEO

10 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gələn aydan etibarən yeni inşa olunan çoxmərtəbəli yaşayış binalarına qaz sayğacları pulsuz quraşdırılacaq.

Press.az-ın məlumatına görə, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "facebook" səhifəsində etdiyi canlı yayım zamanı məlumat verib.

Ruslan Əliyevin sözlərinə görə, artıq heç bir MTK sahibi vətəndaşdan qaz sayğacına görə ödəniş tələb edə bilməz. Qurum rəsmisi bu cür binalardan ev alan vətəndaşları diqqətli olmağa və aldanmamağa çağırıb.

Qeyd edək ki, bu vaxta kimi MTK sahibləri sayğacları "Azəriqaz"dan satın alırdılar.

Ruslan Əliyev deyib ki, bəzi MTK rəhbərləri də bundan sui-istifadə edərək, 70-90 manata aldıqları sayğac üçün mənzil sahiblərindən 10-15 dəfə çox məbləğ tələb edirdilər.

 

Oxşar xəbərlər
OTACI