logo
First slide

Deputat və başçı Goranboyda şəhidin xatirə abidəsinin açılışını edib - FOTOLAR

10 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev hüquq-mühafizə orqanlarının əməkdaşları, rayonun digər rəhbər şəxsləri ilə birgə Muzdurlar kəndindən Vətən müharibəsi şəhidi mayor Əlövsət Məmmədovun məzarını və ailəsini ziyarət etdilər, şəhidin xatirəsinə inşa edilmiş Xatirə Abidəsi önündə onun və bütün şəhidlərin xatirəsi anıldı.

Xatirə lövhəsinin qarşısındaca şəhid ailələrinin üzvləri ilə görüşən Anar Məmmədov və Məhərrəm Quliyev bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunub.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış mayor Əlövsət Məmmədova verilmiş medal Milli Məclisin deputatı Anar Məmmədov və icra başçısı Məhərrəm Quliyev tərəfindən şəhidin övladlarına, həmçinin digər şəhidlərin də medalları onların ailə üzvlərinə təqdim edildi.

Tədbirdə çıxış edən şəhidlərin ailə üzvləri də göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.

Oxşar xəbərlər
OTACI
OTACI