Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azarkeşlərə ŞAD XƏBƏR: AFFA qərarını verdi

10 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan klublarının avrokubok oyunlarında tribunalara stadionların ümumi tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

Press.az xəbər verir ki, AFFA-nın Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müvafiq müraciət müsbət cavablandırılıb. Bu barədə qurumun saytı məlumat yayıb.

Milli assosiasiya COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatları klublara göndərəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən ilk olaraq, "Neftçi" Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda qəbul edəcək. İyulun 14-də "Bakcell Arena"da keçiriləcək görüş saat 21:00-da başlanacaq. İyulun 22-də "Qarabağ" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda "Aşdod" ilə  ilk matça çıxacaq. Görüş saat 20:00-da başlanacaq. "Sumqayıt" eyni mərhələdə Serbiya "Çukariçki"si ilə, "Keşlə" isə Rusiya "Soçi"si ilə ev oyunlarını iyulun 29-da keçirəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI