Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xırdalanda açıq havada idman meydançası yaradıldı – İradə Gülməmmədova əraziyə gəldi

10 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xırdalan şəhərindəki Heydər Əliyev Parkında yeni qurulan idman meydançasının açılışı olub.

İdman meydaçasında yaradılan şəraitlə yerində tanış olmaq məqsədi ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova əraziyə gəlib. Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafiq Yusubov görülən işlər barəsində ətraflı məlumat verərək bildirib ki, ərazidə əvvəllər açıq havada idmanla məşğul olmaq üçün hər hansı bir qurğular olmayıb. Sakinlərin etdiyi müraciətlərdən sonra Heydər Əliyev Parkındakı açıq sahədə idman meydançasının qurulması istiqamətində qərar verilib. Sözügedən sahə idman meydançası üçün nəzərdə tutulan xüsusi döşəmələrlə döşənib. Əraziyə bir birindən fərqli 12 idman qurğusu quraşdırılıb. Bu qurğularda təkcə yeniyetmələr və gənclər deyil, eyni zamanda yaşlı insanlar da idman edə biləcəklər. Bundan başqa meydançanın kənarlarına oturacaqlar bərkidilib.

İ.Gülməmmədova idman meydançasında şəhərin sakinləri ilə görüşüb, onların istək və arzuları ilə maraqlanıb. Eyni zamanda Ukraynanın Koblevo şəhərində keçirilən Universal döyüş üzrə Dünya Kubokunun mükafatçısı, 11 yaşlı Səma Abbasova ilə görüşən başçı idmançımızı əldə etdiyi naliyyətlərə görə təbrik edib, bundan sonrakı yarışlarında uğurlar arzulayıb.

Oxşar xəbərlər
OTACI