Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kürdəmirdə vətəndaşın obyekti zəpt edildi - QANUNSUZ TİKİNTİ APARILIR / FOTO

10 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Kürdəmir rayonun mərkəzi küçələrindən birində yerləşən bu obyekt 1991-ci ildən bütün qanuni sənədləri ilə qardaşım Elşən Mustafayevin adınadır. Müxtəlif vaxtlarda kafe, mağaza və s. kimi fəaliyyət göstərib, hazırda işləmir.

Ruhuna hörmət əlaməti olaraq, bu statusda adını çəkmədiyim bir şəhidin ailəsi isə tam qanunsuz olaraq obyektin həyətində ev tikintisinə başlayıb. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işi dayandirmayiblar. Halbuki, tikinti aparılması üçün nəinki icazələri var, nəinki bizim mülkiyyət hüququnu pozurlar, ümumiyyətlə bu ərazi ev tikintisi təyinatlı belə deyil".

Press.az xəbər verir ki, bunu tanınmış telejurnalist Nicat Qafuroğlu sosial media hesabında yazıb. O qeyd edib ki, sırf şəhidimizin şəhidlik statusundan istifadə edən bu ailəyə rayonun muvafiq orqanları icazə verməsələr də, onlar "əcəb edirik" tipində cavab verir, hər kəs də şəhid ailəsi ilə mübahisə etməkdən çəkinir:

"Tikintinin dayandırılması üçün DİN-ə də rəsmi müraciət olunub. Təəssüf ki, reaksiya gecikir.

Fakt odur ki, bir vətəndaşın mülkiyyət hüququ pozulur...

Maraqlısi odur ki, hüququ pozulan Elşən Mustafayev vətən müharibəsi iştirakçısı, Prezident tərəfindən "Xocavəndin azad olunmasına görə" təltif edilən Əli Qafurlunun atasıdır".

Oxşar xəbərlər
OTACI