Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünyanın ən çox nifrət edilən idmançıları - Ronaldo da var

10 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Pickwise" sosial media araşdırmalarına əsasən, son bir ildə dünyanın ən çox nifrət edilən idmançılarını siyahısını dərc edib.

Press.az xəbər verir ki, siyahının ilk pilləsində sosial mediada 122 min 568 mənfi şərh alan "Los Anceles Leykers"in basketbolçusu Lebron Ceyms qərarlaşıb.  İngiltərə millisinin və "Mançester Yunayted"in hücumçusu Markus Reşford 32 min mənfi şərhlə 2-ci olub. Tom Bredi (Amerika futbolu) 28 min mənfi rəylə 3-cü sırada yer alıb.

Portuqaliya millisinin və "Yuventus"un hücumçu Kriştiano Ronaldo  8-ci (11 min 757), "Fənərbaxça"nın yarımmüdafiəçisi Məsut Özil 10-cudur (11 min 192).

"Pickwise"in araşdırmalarına görə, son bir ildə dünyanın ən çox nifrət edilən 10 idmançısı

1. Lebron Ceyms (basketbol) — 122 min 568 mənfi şərh

2. Markus Reşford (futbol) — 32 min 328

3. Tom Bredi (Amerika futbolu) — 28 min 151

4. Kevin Dyurant (basketbol) — 24 min 370

5. Bubba Uolles (NASCAR) — 21 min 750

6. Damian Lillard (basketbol) — 20 min 904

7. Trevor Bauer (beysbol) — 14 min 83

8. Kriştiano Ronaldo (futbol) — 11 min 757

9. Stefen Karri (basketbol) — 11 min 203

10. Məsut Özil (futbol) — 11 min 192

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI