logo
First slide

Sabirabadda iki avtomobil toqquşdu, xəsarət alan var

09 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabirabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında rayonun Çölbeşdəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Jiquli” markalı avtomobillə “Mersedes” markalı avtomobil toqquşub.

Qəza zamanı, rayonun Çölbeşdəli kənd sakini, 1980-cı il təvəllüdlü Əliyev Rahib Eyvaz oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Report

Oxşar xəbərlər
OTACI
OTACI