Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lisey və gimnaziyalara seçim nəticələri açıqlanıb

09 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanlarının seçim nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Press.az-a verilən məlumata görə, valideynlər sy.edu.az portalı vasitəsilə “Şəxsi kabinet”ə daxil olaraq övladlarının seçim nəticələri ilə tanış ola bilərlər.

Övladları uğur qazanmış valideynlər 15 iyul saat 17:00-dək qəbul olduqları lisey və ya gimnaziyanı sistemdə təsdiqləməlidirlər. Əks halda, həmin şagirdlərin nəticələri ləğv ediləcək.

Qeyd edək ki, şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdirilib.

Oxşar xəbərlər
OTACI