Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DYP avtomobili qəzaya düşüb, yol polisi xəsarət alıb - YENİLƏNİB

09 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabadda yol qəzasında xəsarət alan polis əməkdaşının kimliyi məlum olub.

Qəza nəticəsində polis serjantı, 1992-ci il təvəllüdlü Elgün Ağazadə ağır kəllə-beyin travması alıb.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə şahidlərinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, “Hyundai” markalı minik avtomobili idarəetməni itirib və Yol Patrul Xidmətinin avtomobili ilə toqquşub. Daha sonra "Man" markalı yük avtomobili hər iki avtomobilə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

11.15

Cəlilabad rayonunda yol qəzası baş verib.

Hadisə yeni Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, TIR markalı yük avtomobili Yol Patrul Xidməti avtomobilinə çırpılıb.

Hadisə nəticəsində polis əməkdaşı ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Report

Oxşar xəbərlər
OTACI