Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Deputat: "Əli Kərimliyə tezisləri birbaşa ermənilər verir”

09 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bir neçə gün bundan əvvəl Ermənistan tərəfindən işğaldan azad edilmiş Füzuli və Zəngilan rayonlarının mina xəritələri Azərbaycana təqdim edilib. Bu, Azərbaycan Prezidentinin növbəti diplomatik qələbəsidir”.

Press.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Cavid Osmanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, mina xəritələrinin əldə edilməsi ilə ərazilərimizin yenidənqurma və bərpa işlərinin sürətlə aparılmasına şərait yaradacaq: “Hamımıza məlumdur ki, 15 eməninin qaytarılması beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Çox təəssüf ki, bir neçə dağıddıcı qüvvələr, əsasən də AXCP sədri Əli Kərimli və onun ətrafındakılar bu humanist addımı cəmiyyətə fərqli şəkildə təqdim etməyə çalışırlar. Ancaq Azərbaycan xalqı da başa düşür ki, onların tezisləri birbaşa ermənilərdən gəlir”.

Oxşar xəbərlər
OTACI