Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu azaldıb

09 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 720 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

 Bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook – July 2021” hesabatına istinadən xəbər verir.

Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə verilən proqnozla müqayisədə 10 min barel və ya 1,37 % azalaraq dəyişib.

Agentlik hesab edir ki, bu ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 700 min barel olacaq. Bu da daha əvvəlki may proqnozu ilə müqayisədə 10 min barel və ya 1,41 % azdır. 2020-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə isə 40 min barel və ya 6,06 % çoxdur.

Bu ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 740 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən iyun ayında açıqlanan proqnozla müqayisədə 10 min barel və ya 1,33 % azdır. Bu proqnoz isə ötən ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 50 min barel və ya 7,2 % çoxdur.

Oxşar xəbərlər
OTACI