logo
First slide

Tanınmış hərbi ekspert ordudan ehtiyata buraxılıb

24 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Ordusunun polkovniki, tanınmış hərbi ekspert Üzeyir Cəfərov ehtiyata buraxılıb.

Press.az-ın xəbərinə görə, bunu o, özünün feysbuk səhifəsində yazıb.

Polkovnik qeyd edib ki, ötən ilin noyabr ayından xidməti zərurətlə əlaqədar qısa müddətə Silahlı Qüvvələrin sıralarına həqiqi hərbi xidmətə çağırılıb: "Bu müddət ərzində üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışdım. Buna nə qədər nail oldumsa, daha yaxşısını xidmət etdiyim qurumun səlahiyyətliləri yaxşı bilir və onların mənə göstərdikləri diqqəti və qayğını heç vaxt unutmayacağam. Hər kəsə xüsusi minnətdarlıq və təşəkkürlər. Başda xidmətin 1-ci şəxsi olmaqla ən sonuncu əsgər və çavuşuna kimi hər kəsə xüsusi minnətdarlıq və təşəkkürlər”.

Ü.Cəfərov bildirib ki, iyun ayının 25-dən etibarən hərbi ekspert kimi fəaliyyətini davam etdirəcək: "Artıq ehtiyatda olan polkovnik kimi yenə mətbuatda olan dostları ilə bərabər hərbi jurnalist kimi fəaliyyətini davam etdirəcəm. Yenə də Silahlı Qüvvələrimizin, Azərbaycan Ordusunun bütün həyat və fəaliyyətində yaxından iştirak edəcəyəm. Ona görə də, bu balaca qeydlərimi yazmaqla yazılı, elektron KİV nümayəndələrinə, mətbuatdakı köhnə-təzə dostlarıma bildirmək istəyirəm ki, bilik və bacardıqlarım imkanlar və səlahiyyətlər çərçivəsində verəcəyiniz suallara və sorğulara səmimi, obyektiv və dürüst cavablar verməyə əvvəlki kimi yenə hazıram. Hər birinizə və hər birimizə yaradıcılıq uğurları, əziz dostlar! Tanrı Azərbaycanımızı, onun Silahlı Qüvvələrini və Ordusunu qorusun!".

Oxşar xəbərlər
OTACI
OTACI