Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı məktəblərindəki psixoloq ştatları vakansiyaya çıxarılacaq

24 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bu ilin sentyabr ayından məktəblərdəki psixoloq ştatının vakansiyaya çıxarılması nəzərdə tutulur".

Press.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, təhsil müəssisələrində psixoloji xidmət olduqca vacib məsələdir: "Xüsusilə də son dövrlərdə psixoloji- emosional vəziyyətin tənzimlənməsi gündəmdədir. Bununla əlaqədar Təhsil Nazirliyinin qərarı var ki, bütün məktəblərdə hər 1000 şagirdə 1 psixoloq ştatı ayrılsın. Buna uyğun olaraq yəqin ki, bu ilin sentyabr ayından psixoloq ştatı vakansiyaya çıxarılacaq".

Oxşar xəbərlər
OTACI