Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İsti hava Avropada mavi qazın qiymətini kəskin artırıb

23 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa İttifaqı ölkələrində havanın temperaturunun 30 dərəcədən yuxarı qalxması "mavi yanacağın” qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub.

Press.az xəbər verir ki, bu barədə Vesti.ru Avropa Qaz İnfrastrukturu (Gas Infrastructure Europe) təşkilatına istinadən məlumat yayıb.

Məlumata görə, Avropada isti hava şəraitində kondisinerlərdən istifadənin artması fonunda elektrik enerjisinə tələbat çoxalıb. İttifaq ölkələrinin bir çoxunda isə elektrik stansiyaları məhz təbii qazla çalışır.

Hazırda köhnə qitənin ticarət meydançalarında "mavi yanacağın” bir kubmetrinin qiyməti 363 dollara qalxıb ki, bu da fevralda qeydə alınan maksimumdan az qala 100 dollar daha çoxdur.

Bu azmış kimi, ötən ayın sonlarında Avropa anbarlarındakı qaz ehtiyatları tarixdə ən aşağı səviyyəyə - 30%-ə düşüb. Müvafiq qurumlar nə qədər çalışsalar da, ehtiyatları lazımi 60% səviyyəsinə qaldıra bilməyib və beləliklə də, Avropa yay fəslini tarix ərzində ən aşağı qaz ehtiyatı ilə - 44.3%-lə qarşılayıb.  

Oxşar xəbərlər
OTACI