Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Energetika naziri İvana Duarteni qəbul edib

23 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Energetika naziri Pərviz Şahbazov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri kimi səlahiyyət müddəti başa çatan xanım İvana Duarteni qəbul edib.

Bu barədə Press.az Nazirliyə istinadən xəbər verir.

EBRD-in dəstəyi ilə enerji sahəsində həyata keçirilən layihələri qeyd edən xanım Duarte Azərbaycandakı fəaliyyətindən məmnunluğunu ifadə edib.

Görüşdə EBRD ilə həm ənənəvi enerji mənbələri, həm də bərpa olunan enerji sahəsində əməkdaşlığın səviyyəsindən razılıq ifadə edilib, Azərbaycan-EBRD əlaqələrinin inkişafına töhfələrinə görə xanım İvana Duarteyə təşəkkür edilib, gələcək fəaliyyətində uğurlar arzulanıb.

Oxşar xəbərlər
OTACI