Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bilgəhdə Xəzərə axıdılan çirkab suları ilə bağlı araşdırmanın nəticələri AÇIQLANDI

22 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bilgəh çimərliyinə axıdılan su yeraltı qrunt suyudur.

Bu barədə açıqlamasında Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov məlumat verib. 

O bildirib ki, Bilgəh çimərliyinə çirkab suyun axıdılması ilə bağlı daxil olan şikayət əsasında Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən monitorinq keçirilib:

“Sözügedən çimərliyə axan sudan nümunələr götürülərək bioloji, kimyəvi analizlər aparılıb. Laborator təhlillərin nəticəsinə görə suyun tərkibindəki kimyəvi göstəricilərin norma daxilində olduğu müəyyən edilib. Aparılan analizlərin nəticələri və əraziyə keçirilən vizual baxış onu deməyə əsas verir ki, Bilgəh çimərliyinə axıdılan su kanalizasiya suyu deyil, yeraltı qrunt suyudur”.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkədə tez-tez kanalizasiya sularının Bakının müxtəlif qəsəbələrindəki dənizə axıdıldığını əks etdirən görüntülər yayılıb. Çimərlik ərazisinə çirkab suları axıdılır.

Oxu.az

Oxşar xəbərlər
OTACI