Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Məşğulluq marafonu”na artıq 123 işəgötürən qoşulub, 388 vakansiya təqdim edilib

22 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na artıq 123 işəgötürən qoşulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Press.az-a verilən məlumata görə, Bakı və ölkəmizin bölgələrində fəaliyyət göstərən həmin işəgötürənlər əsasən xidmət, emal, kənd təsərrüfatı və tikinti sahəsi üzrə fəaliyyət göstərirlər. Onlar elektron sistemə qeyd olunan sahələr üzrə 388 vakansiya təqdim ediblər. Bu vakansiyalar şəhidlərimizin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərimizin iş yerləri ilə təminatı üçün istifadə olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

Oxşar xəbərlər
OTACI