Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəki sakinlərindən xeyli sayda odlu və soyuq silah götürülüb - FOTO

22 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəki Şəhər Rayon Polis Şöbəsinə rayon sakinləri Abdullətif Bayramovun və Qorxmaz Teymurovun qanunsuz odlu və soyuq silahlar saxlamaları barədə əməliyyat məlumatı daxil olub. Məlumat yoxlanılıb və təsdiqini tapıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Press.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində A.Bayramovun evinin zirzəmisinə baxış zamanı oradan “Makarov” və “Naqan” markalı 2 tapança, 1 ədəd lüləsi kəsilmiş tüfəng, 2 ədəd ov tüfəngi, 1 ədəd idman tapançası, 1 ədəd pnevmatik “TİR” tüfəngi, 22 ədəd patron, 1 ədəd patron darağı, 9 ədəd giliz, 5 ədəd bıçaq, qırma və piston aşkar edilərək götürülüb.

Q.Teymurovun yaşadığı evə baxış zamanı isə oradan 14 ədəd bıçaq və xəncər, habelə ona məxsus sexə baxış zamanı 55 ədəd bıçaq aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Şəki ŞRPŞ-də Cinayət Məcəlləsinin 228.1-ci və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:

Oxşar xəbərlər
OTACI