Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İsrail PUA-ları məhv edən lazer sistemini sınaqdan keçirdi

21 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsrail Müdafiə Nazirliyi pilotsuz uçuş aparatlarını (PUA) “ələ keçirən” yeni güclü lazer sisteminin sınaqlarının ilk seriyasını uğurla başa çatdırıb.

Press.az “Report”a istinadən xəbər verir ki, bu barədə bu gün nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Müdafiə Nazirliyinin Araşdırma və Hazırlama İdarəsi “Elbit Systems” konserni və İsrail Hərbi Hava Qüvvələri ilə birlikdə yüksək güclü lazer silahı sistemindən (HPL-WS) istifadə edərək bir neçə PUA-nı uğurla məhv edib. PUA-lar müxtəlif məsafələrdə və yüksəkliklərdə zərərsizləşdirilib”, - mətbuat xidmətindən bildiriblər.

Oxşar xəbərlər
OTACI