Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qızıl top"a namizədlərin yeni siyahısı

21 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Goal.com saytı "Qızıl top"a namizəd futbolçuların yeni reytinqini açıqlayıb.

Press.az xəbər verir ki, siyahıya "Çelsi"nin və Fransa millisinin yarımmüdafiəçisi Nqolo Kante başçılıq edir. Kilian Mbappe (PSJ, Fransa) 2-ci, Kevin de Brüyne ("Mançester Siti", Belçika) 3-cü pillədə qərarlaşıb.

Bundan əlavə, əvvəlki siyahıda 10-cu sırada yer alan "Yuventus" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo reytinqdə 7-ci pilləyə yüksəlib. "Barselona" və Argentina millisinin hücumçusu Lionel Messi isə 1 pillə geriləyərək 6-cı sıraya düşüb. Onu "İnter"in və  Belçika millisinin oyunçusu Romelu Lukaku qabaqlayıb.

Goal.com-un versiyasına əsasən,  "Qızıl top"a ən yaxşı 10 namizəd

1. Nqolo Kante ("Çelsi" Fransa)
2. Kilian Mbappe (PSJ, Fransa);
3. Kevin De Brüyne (Mançester Siti, Belçika)
4. Robert Levandovski ("Bavariya", Polşa)
5. Romelu Lukaku ("İnter", Belçika)
6. Lionel Messi ("Barselona", ​​Argentina)
7. Kriştiano Ronaldo ("Yuventus, Portuqaliya)
8. Ruben Diaş ("Mançester Siti, Portuqaliya)
9. Kərim Benzema ("Real", Fransa)
10. Fil Foden ("Mançester Siti, İngiltərə)

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI