Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hindistanda koronavirusun yeni mutasiyası yaranıb

21 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hindistanın Maxaraştra ştatı koronavirusun "delta plyus" (B.1.617.2.1) adını almış ştammının yeni növünə 20 yoluxma haqqında bildirib.

Press.az-ın məlumatına görə, bu barədə Tibbi Təhsil və Tədqiqatlar İdarəsinin başçısı, doktor T.P.Laxan “India TV” telekanalına müsahibəsində deyib.

"Biz Navi-Mumbayda, Palqaredə və Ratnaqiridə "delta plyus"u tapdıq. Bundan sonra daha bir neçə nümunələr analizə göndərilib və hesabatları gözləyirik", - o, bildirib.

Yeni ştamma yoluxma ilə bağlı 5 hal Ratnaqiri liman şəhərində qeydə alınıb, bu halda iki yoluxmada heç bir simptom olmayıb. Hakimiyyətin koronavirusun yayılmasının qarşısının alınması üçün xüsusi zonalar yaradıb və mutasiyanın aşkarlandığı əraziləri bloklayıb.

Hindistan dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə ilk yerlərdən birini tutur.

Oxşar xəbərlər
OTACI