Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yol polisi Lənkəranda reyd keçirdi

19 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lənkəranda dayanma-durma qaydalarını pozan və təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərlə bağlı tədbir keçirilib

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Növbəti belə tədbir zamanı Lənkəran şəhəri ərazisində nəqliyyat vasitələrinin və piyadların sıx hərəkət etdiyi küçə və prospektlərdə dayanma-durma qaydalarını pozaraq avtomobilini avtobus dayanacaqlarında, səkilərdə və digər müəyyən olunmamış yerlərdə saxlamaqla həm piyadaların həm də digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradan sürücülər müəyyən olunub. Hər birinə yol verdikləri qayda pozuntusu ilə bağlı məlumat verilməklə barələrində qanunamüvafiq tədbirlər görülüb. Yol polisi əməkdaşları tərəfindən eyni zamanda işıq cihazları və səs siqnallarından istifadə qaydalarını pozan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər də müəyyən olunub. Yol verdikləri qayda pozuntuları izah olunmaqla hər biri barəsində qanunamüvafiq tədbirlər görülüb.

Oxşar xəbərlər
OTACI