Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

COVID-19-a qarşı saqqız hazırlanır

18 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya mütəxəssisləri koronavirus infeksiyasına qarşı standart olmayan bir dərman hazırlamağa başlayıblar. 

Press.az xəbər verir ki, söhbət saqqız kimi çeynənə biləcək dərmandan gedir.

Qeyri-adi dərmanın hazırlanması ilə Rusiya Müdafiə Nazirliyinin elmi institutlarından birinin nümayəndələri məşğuldurlar. 

Mütəxəssislərin əsas məqsədi dərmanın istifadəsi asanlığını effektivliyi ilə birləşdirməkdir.

Mövcud tətbiq formasını dərmanın faydalı xüsusiyyətləri ilə birləşdirmək yeni bir koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə müsbət təsir göstərəcək. 

Məlumata görə, koronavirusa qarşı başqa dərmanlar da hazırlanacaq. 

Dərmanlar hazırlandıqdan sonra onlardan koronavirus infeksiyasının müalicəsində istifadə edilməsi planlaşdırılır. Onlar əlavə vasitə kimi istifadə olunacaq. //Lent.az

Oxşar xəbərlər
OTACI