Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan klubları avrokuboklara qatılmayacaq

18 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Voleybol üzrə avrokubokların 2021/22 mövsümündə iştirak edəcək komandaların tam siyahısı açıqlanıb.

Press.az xəbər verir ki, bu dəfə rekord sayda – 197 klub avrokuboklarda iştirak üçün qeydiyyatdan keçib.

Azərbaycan klubları qitə miqyaslı yarışlarda iştirak etməyəcək. Təmsilçilərimizdən heç biri qeydiyyatdan keçənlər arasında yer almayıblar.

Qitə klub turnirlərinin iştirakçılarının təmsil etdiyi 36 ölkə sırasına düşməyən Azərbaycan bir müddət əvvələ qədər Avropanın ən güclü liqalarına malik idi. Lakin son vaxtlar tənəzzülə uğrayan voleybolumuz növbəti dəfə Avropa səhnəsinə çıxmayacaq. Ötən il “Azərreyl” qitə kubokları üçün qeydiyyatdan keçsə də, sonradan yarışa qatılmaqdan boyun qaçırmışdı. Buna koronavirus pandemiyası və onun doğurduğu fəsadlar səbəb olmuşdu.

Qeyd edək ki, Azərbaycan klubları dəfələrlə avrokubokların “Dördlər finalı”nda çıxış edib, medallar qazanıb. Təmsilçilərimiz Çempionlar Liqasının mükafatlarına, həmçinin “Top-komandalar” və “Çelenc kuboku”na sahib olub.  

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI