Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İki övladı Kürdə batan ataya HÖKM OXUNDU

18 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bir neçə ay əvvəl Kürdə batan bacı-qardaşın atasına hökm oxunub.

Press.az-ın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sabirabad rayonu, Cəngan kənd sakini Şahin Hüseynli Cinayət Məcəlləsinin 4 maddəsi (narkotik vasitələrin becərilməsi, külli miqdarda narkotik əldə etmə, narkotik satma və soyuq silah saxlama) ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə, Ş.Hüseynlinin iki övladının bir neçə ay əvvəl Kür çayında bataraq faciəli şəkildə ölməsini yüngülləşdirici hal kimi nəzərə alıb.

Qeyd edək ki, bu ilin aprel ayında Sabirabad rayonunda baş verən faciə ilə bağlı məlumat yayılmışdı. Həmin məlumata görə, hadisə Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Kənd sakinləri - 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızı və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlu Kür çayında batıb.

Məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, 5 yaşlı Hüseyn Hüseynli sürüşərək çaya düşüb. Bu zaman onu xilas etmək istəyən bacısı, Məryəm Hüseynli özünü çaya atıb. Nəticədə onların hər ikisi boğularaq ölüb.

Xatırladaq ki, faciə yaşayan ailənin başçısı Şahin Hüseynli hadisədən bir müddət əvvəl həbs edilibmiş.

Çayda bataraq ölən Məryəm Hüseynli isə nişanlı olub.

//Lent.az

Oxşar xəbərlər
OTACI