Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİQQƏT: Bu şəxsləri 4 ildən 6 ilə qədər HƏBS GÖZLƏYİR

18 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son zamanlar sosial media istifadəçilərinin hesablarının oğurlanması halları daha çox baş verir. Hesablar oğurlanmasa belə, müxtəlif proqramlar vasitəsi ilə gizli profillərə baxmaq olur. Bu halların baş verməsi insanların sosial media hesablarından rahatlıqla istifadə edə bilməsinə əngəl yaradır və hüquqlarını pozur.

Press.az xəbər verir ki, müğənni Sevda Yəhyayevanın da "Facebook" profili oğurlanıb.

Bu barədə danışan Sevda Yəhyayeva bildirib ki, hazırda profilin qaytarılması üzərində iş gedir:

"Hazırda bu işlə məşğul olunur. Ümid edirəm ki, tez bir zamanda səhifə geri qaytarılacaq. Rəsmi olaraq isə heç bir yerə müraciət etməmişik. İT mütəxəssisləri söz veriblər ki, geri qaytarılacaq"'.

Bəs kiber cinayətkarların cəzalandırılması qanunla necə tənzimlənir?

Məsələ ilə bağlı açıqlama verən hüquqşünas Mehman Muradlı kiber cinayətkarlara 4 ildən 6 ilə qədər həbs cəzası düşdüyünü qeyd edib:

"Başqasının şəxsi məlumatlarının olduğu internet daşıyıcısına müdaxilə kiber cinayətkaqrlıq hesab olunur. Kiber cinayətkarlıq qanunvericilikdə öz əksini tapıb. Bu cinayəti törədənləri tapmaq çətin deyil, hətta Daxili İşlər Nazirliyində kiber cinayətkarlıqla bağlı ayrıca bir şöbə də var. Cinayətkar tapıldıqda, həmin şəxsə 4 ildən 6 ilə qədər həbs düşür".

//Sonxeber.az

Oxşar xəbərlər
OTACI