Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vaksinlərin sonsuzluq yaratması iddiasına aydınlıq gətirildi

18 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bu vaksinlər yeni yaradılıb. Lakin daha əvvəlki təcrübələrə əsasən deyə bilərik ki, vaksin sonsuzluq yaratmır”.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

N.Mustafayeva bildirib ki, hazırda dünyada onlarla vaksin tətbiq edilir:

“Bu vaksinlər başqa xəstəliklərə qarşı da istifadə edilir. Onlar haqqında artıq kifayət qədər məlumat var. Bu məlumatların heç birində sonsuzluq yaradılmasına dair faktlar müəyyən edilməyib”.

Oxşar xəbərlər
OTACI