Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda avtobusla minik avtomobili toqquşdu

18 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda avtobusla minik avtomobili toqquşub.

Press.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda “Iveco” markalı avtobus və “Haval” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər
OTACI