Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Peskov: “Rusiya Qarabağdakı vəziyyətlə bağlı bütün tərəflərlə təmasdadır”

18 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Qarabağda vəziyyəti sabitləşdirmək üçün Türkiyə, Ermənistan və Azərbaycanla sıx təmasdadır.

TASS-ın məlumatına görə, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Biz Ankara, Bakı və İrəvanla sıx təmasdayıq. Hesab edirik ki, hər bir addım Cənubi Qafqazda vəziyyətin daha da sabitləşməsinə, infrastrukturun inkişafına, nəqliyyat logistikasına və vəziyyəti ümumilikdə  düzəlməsinə kömək etməlidir, heç bir halda gərginliyin artmasına səbəb ola biləcək elementi özündə ehtiva etməməlidir”, - deyə Kremlin sözçüsü bildirib.

Oxşar xəbərlər
OTACI