Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gürcüstanda Ermənistan vətəndaşları saxlanılıb

18 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstan gömrükçüləri Ermənistanın iki vətəndaşını saxlayıblar.

Report-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, həmin şəxslər bəyan edilməmiş külli miqdarda qiymətli metalları qaçaqmalçılıq yolu ilə Türkiyə ilə sərhəddəki “Sarpi” gömrük-keçid məntəqəsindən Gürcüstan ərazisinə daxil ediblər.

Ermənistan vətəndaşlarından gömrük dəyəri 56 253 laridən çox olan 508,66 qram çəkidə qızıl əşyalar müsadirə edilib.

Faktla bağlı istinaq aparılır. Saxlanılan şəxsləri 8 ildən 11 ilədək həbs cəzası gözləyir.

Oxşar xəbərlər
OTACI