Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gülüstan Sarayının yaxınlığında yanğın baş verib

18 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Səbail rayonunda yanğın hadisəsi olub.

Press.az-ın məlumatına görə, hadisə Bayıl qəsəbəsində, Gülüstan Sarayının yaxınlığında qeydə alınıb.

Otluq ərazidə baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən texnikası və yanğınsöndürənləri cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində təqribən 500 m² sahədə quru ot və kol-kos yanıb.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində söndürülüb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Oxşar xəbərlər
OTACI