Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“BakuBus” avtobusunun qəza törətdikdən sonra hadisə yerindən yayınması ilə bağlı AÇIQLAMA – YENİLƏNİB+VİDEO

17 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda “BakuBus” avtobusunun qəza törətməsi ilə bağlı şirkətdən açıqlama verilib.

Bildirilib ki, 17 iyun tarixində saat 11:20 radələrində İnşaatçılar prospektində 3 nömrəli xətt üzrə Dövlət Qeydiyyat Nişanı 99 JU 864 olan avtobusun iştirakı ilə yüngül yol nəqliyyat hadisəsi baş verib:

“Hadisə yol ayrıcında baş verdiyindən avtobusun sürücücü hərəkətin təhlükəzliyi üçün bir qədər irəlidə saxlayaraq qəza barədə DYP-yə və sığorta şirkətinə məlumat verib. Qəza barədə Bakı Nəqliyyat Agentliyinin Mərkəzi Dispetçer Xidməti də məlumatlandırılıb”.

Həmçinin bildirilib ki, “BakuBus” avtobusları Bakı Nəqliyyat Agentliyinin Mərkəzi Dispetçer Xidmətinə inteqrasiya olunaraq daimi müşahidə altındadır.

18:30

“BakuBus”a məxsus sərnişin avtobusu paytaxtın küçələrinin birində qəza törədib.

Sərnişin avtobusu hərəkətdə olarkən digər minik avtomobillərindən birinin ön hissəsini əzib. 

Hadisədən sonra sözügedən avtobus saxlamayaraq, yoluna davam edib. 

Oxu.az

Oxşar xəbərlər
OTACI