Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Keçmiş məhkum avtomatla yaxalandı - FOTO

17 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağcabədi rayonunda keçmiş məhkum "Kalaşnikov" markalı avtomatla yaxalanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Avşar kənd sakini, əvvəllər məhkum edilmiş İlqar Şirinov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” avtomatı, içərisinədə 30 ədəd 5.45 kalibrli patronlar olan avtomat sandığı, 1 ədəd əl qumbarası və içərisində barıt olan 1 ədəd sellofan torba aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI