Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezidentin köməkçisindən toyların bərpası ilə bağlı AÇIQLAMA

15 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Açıq hava şəraitində toyların keçirilməsi müzakirə olunur”.

Press.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Mövsümov bildirib ki, hazırda COVID-19 infeksiyası ilə bağlı Azərbaycanda vəziyyət stabildir: 

“Ölkədə vəziyyət daha da yaxşılaşmaya doğru gedir. Bununla belə, ölkəmizdən fərqli olaraq, dünyada COVID-19-la bağlı vəziyyət ürəkaçan deyil. Bəzi ölkələrdə pandemiyanın ikinci, üçüncü dalğası başlayıb. Buna görə də müzakirələrə ümumi vəziyyət nəzərə alınaraq aparılır”.

Prezidentin köməkçisi qeyd edib ki, açıq hava şəraitində müəyyən sayda insanın iştirakı ilə toy mərasimlərinin keçirilməsi ehtimalı var:

“Bununla bağlı da müzakirələr davam etdirilir”.

Ş.Mövsümov Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı məsələyə aydınlıq gətirib.

Prezidentin köməkçisi bildirib ki, hazırda digər məsələlərdən fərqli olaraq quru sərhədlərinin açılması ilə bağlı məsələ müzakirə olunmur.

Oxşar xəbərlər
OTACI