Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Eriksen azarkeşlərə müraciət etdi

15 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avro-2020-nin final mərhələsinin ilk turunda Finlandiya ilə matçda  huşunu itirən Danimarka millisinin futbolçusu Kristian Eriksen sosial media hesabından azarkeşlərə müraciət edib.

Press.az xəbər verir ki, bununla bağlı o, özünün "İnstaqram" hesabında yazıb. Xəstəxanadan şəklini paylaşan 29 yaşlı yarımmüdafiəçi ona dəstək olanlara təşəkkür edib: "Dəstəyinizə görə hər birinizə təşəkkür edirəm! Dünyanın dörd bir tərəfindən insanların sənə dəstəyini ifadə etməsi möhtəşəmdir. Bu mən və ailəm üçün çox şey deməkdir.

Özümü yaxşı hiss edirəm. Amma hələ də xəstəxanada bəzi müəyinələrdən keçməmişəm.
Danimarka millisinə qarşıdakı oyunlarda uğurlar arzu edirəm".

Qeyd edək ki, Eriksen Finlandiya ilə görüşdə huşunu itirdikdən sonra oyun dayandırılıb və  futbolçuya ürək masajı olunub. Bundan sonra o, xəstəxanaya aparılıb, görüş isə bərpa edilib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI