Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AVRO-2020: İspaniya İsveçlə bacarmadı

15 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

AVRO-2020-də dördüncü oyun günü başa çatıb.

Press.az xəbər verir ki, günün son matçı Sevilyada keçirilib.

E qrupunda ilk görüşünə çıxan İspaniya yığması öz meydanında İsveçlə qarşılaşıb. Gözlənildiyi kimi, oyuna nəzarət bütünlüklə ispanların tərəfində olub. Lakin birinci hissədəki 79 faizlik topa sahib olma və 9 zərbə tablodakı sıfırları dəyişməyə kifayət etməyib.

Fasilədən sonra da ssenari dəyişməyib. Yeganə fərq isveçlilərin artıq daha cəsarətli əks-hücumlara keçməsi olub. Luis Enrikenin yetirmələri son dəqiqələrdə təzyiqi artırsa da, rəqib müdafiəsini heç cür yara bilməyiblər. Nəticədə komandalar xalları yarı bölüb və günün daha bir sensasiyası qeydə alınıb.

Qeyd edək ki, E qrupunda turun digər görüşündə Slovakiya Polşanı 2:1 hesabı ilə məğlub edib.

AVRO-2020

I tur, 14 iyun

E qrupu

23:00. İspaniya – İsveç – 0:0

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Sevilya. Ramon Sançes Pisxuan stadionu

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI