Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Pedri İspaniyanın tarixinə düşdü

15 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İspaniya yığması AVRO-2020-yə İsveçə qarşı oyunla start verib.

Press.az xəbər verir ki, bu görüş birincilərin futbolçusu Pedri üçün əlamətdar olub.

Start heyətində meydana daxil olan “Barselona”nın yarımmüdafiəçisi böyük turnirlərdə iştirak edən ən gənc ispaniyalı futbolçu kimi tarixə düşüb. O, 18 yaş 201 günlüyündə qitə birinciliyində debüt edib. Əvvəllər bu rekord “Barselona”nın daha bir yetirməsi Sesk Fabreqasa məxsus olub. Fabreqas DÇ-2006-da 19 yaş 14 günlüyündə Ukrayna ilə matçda oynayıb.

Qeyd edək ki, İspaniya və İsveçin yer aldığı E qrupunun ilk oyununda Slovakiya Polşa üzərində 2:1 hesablı qələbə qazanıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI