Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məzunlar arasında dava - Xəsarət alan var

14 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Press.az xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

11-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Bayramlı Ramal Rüstəm oğlu bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal yaralı əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə son zəng tədbirindən sonra baş verib. R.Bayramlını sinif yoldaşı, 2004-cü il tüvəllüdlü Zeynallı Orxan Mirtalıb oğlu bıçaqlayıb. Hadisəni törədən şəxs Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. O, cinayəti törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

(apa.az)

Oxşar xəbərlər
OTACI