Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AVRO-2020: Polşa Slovakiyaya uduzdu

14 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

AVRO-2020-də I turun oyunları davam edir.

Press.az xəbər verir ki, E qrupunda mübarizə start götürüb.

Əvvəlcə Polşa ilə Slovakiya üz-üzə gəlib. Sankt-Peterburqda baş tutan qarşılaşmanın ilk yarısı qarşılıqlı hücumlar şəraitində alınıb. Hesab isə 18-ci dəqiqədə açılıb. Turnirin ən yaşlı komandalarından olan Slovakiya kuryoz qolla önə keçib. Robert Makın zərbəsindən sonra dirəkdən dönən top qapıçı Voyçex Şesnıya dəyərək, tora düşüb. Bu, Avropa çempionatları tarixində ilk qapıçı avtoqolu olub.

Birinci hissədə qolun şokundan ayıla bilməyən polşalılar ikinci yarıya sürətli başlayıb və dərhal status-kvonu bərpa edib. Paulo Souzanın yetirmələrinin üstün olduğu bir vaxtda Qrzeqorz Krixovyakın meydandan qovulması Polşa yığmasının planlarını pozub. Bu, AVRO-2020-nin ilk “qırmızı”sı olub. Say üstünlüyündən lazımınca yararlanan slovaklar matçdan 3 xalla ayrılmağa müvəffəq olub. Milan Şkrinyarın 69-cu dəqiqədəki qolu sayəsində Stefan Tarkoviçin kollektivi turnirə minimalhesablı qələbə ilə başlayıb.

Qeyd edək ki, qrupun İspaniya – İsveç oyunu Bakı vaxtı ilə 23:00-da start götürəcək.

AVRO-2020

I tur, 14 iyun

E qrupu

20:00. Polşa – Slovakiya – 1:2

Qollar: Linetti, 46 – Şesnı, 18 (avtoqol), Şkrinyar, 69

Qırmızı vərəqə: Krixovyak, 62

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

“Sankt-Peterburq” stadionu

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI