Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Metroda problem yarandı, qatarların hərəkəti ləngidi

14 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Metropolitenində qısamüddətli gərginlik düşməsi olub.

Bunu Press.az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, nəticədə metronun "28 may" - "Gənclik" istiqamətində qatarların hərəkətində 30 saniyə gecikmə olub: "Gərginlik qəfil düşdüyündən həmin istiqamətdə tuneldə olan qatarın hərəkəti ləngiyib. Təxminən 30 saniyədən sonra gərginlik tənzimlənib və problem aradan qaldırılıb".

B.Məmmədov bildirib ki, hazırda qatarların hərəkət qrafikində gecikmə yoxdur, qrafik tam normal qaydasındadır.

Oxşar xəbərlər
OTACI