Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda göldə boğularaq ölən yeniyetmə idmançı imiş

14 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən süni göldə boğularaq ölən yeniyetmə Elşən Novruzovun idmançı olduğu bəlli olub.

Azərbaycan Badminton Federasiyası yeniyetmənin ölümü ilə bağlı baş sağlığı yayıb.

“Yeniyetmə badmintonçumuz Elşən Novruzov İmdad oğlu dünyasını dəyişib. Azərbaycan Badminton Federasiyası idmançımızın vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. 
Allah rəhmət eləsin”, - deyə Federasiyasın məlumatında bildirilir.

Qeyd edək ki, 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğlunun meyiti 13 iyun tarixində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər
OTACI