Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazir buraxılış imtahanlarının nəticələrindən DANIŞDII

14 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Təhsil naziri Emin Əmrullayev builki məzunların buraxılış imtahanlarında göstərdikləri nəticələrdən danışıb.

Press.az-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında imtahan prosesinin hələ davam etdiyini xatırladıb.

Nazir bildirib ki, imtahanlarda pandemiyanın yaratdığı çətinliklər nəzərə alınıb: "Bizdə ilkin məlumatlar var, lakin proses davam etdiyindən nəticələr barədə yekunda nəsə fikir bildirmək daha düzgün olar. Ən vacib məsələ ondan ibarətdir ki, bu çətin dövrdən hamımiz birgə çıxmalıyıq. Şagirdlərin akademik nailiyyətləri ilə yanaşı, onların sosial-psixoloji durumu önəmlidir. Çünki bu müddət ərzində uşaqlar evdə qaldılar, bir-biriləri ilə ünsiyyətdə olmadılar. Məhz bu səbəbdən “Yay məktəbi” təşkil edilir. Layihənin əsas məqsədi şagirdlərə hansısa fənni daha yaxşı öyrətmək yox, onları bir-biri ilə ünsiyyətdə saxlamaqdır. İndiki halda qarşımızda duran hədəf pandemiya dövründəki çətinlikləri birlikdə bərpa etməyə çalışmaqdır. Bu, yəqin ki, hamımızdan böyük səylər tələb edəcək".

Oxşar xəbərlər
OTACI