Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bərdə və Tərtərdə 5 tondan çox narkotik tərkibli bitkilər aşkarlandı

14 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bərdə və Tərtər Rayon Polis Şöbələrinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, tədbirlər zamanı Bərdə rayonun Lənbəran kəndi ərazisində çəkisi 5 ton 150 kiloqram olan 25 000 ədəd, Tərtər rayonunun Xoruzlu kəndində isə çəkisi 2 ton 100 kiloqram olan 4230 ədəd yabanı halda bitmiş çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

Oxşar xəbərlər
OTACI