Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bacısını bıçaqlayan Bakı sakini tutulub

14 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Baş Prokurorluq Bakıda qadının öz qardaşı tərəfindən bıçaqlanması barədə yayılan məlumatlara münasibət bildirib.

Baş Prokurorluqdan Press.az-a verilən məlumatda deyilir ki, bəzi kütləvi informasiya vasitələrində qardaşın bacısına 10 bıçaq zərbəsi vurması və bununla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsində araşdırma aparılması barədə məlumatlar yayılıb.

Bununla əlaqədar bildirik ki, paytaxt sakini Natiq Çələbiyevin aralarında yaranmış mübahisə zəminində onunla eyni evdə yaşayan bacısı İradə Çələbiyevaya 4 bıçaq xəsarəti yetirərək qəsdən sağlamlığına ağır zərər vurması faktı əsasında Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Natiq Çələbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq davam edir.

Oxşar xəbərlər
OTACI