Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağcabədi sakinindən narkotik və silah götürülüb

14 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Hacıyev idarə etdiyi avtomobillə birgə şəhər ərazisində saxlanılaraq RPŞ-yə gətirilib.

Avtomobilə baxış keçirilən zaman 2 ədəd polietilen torbada təmiz çəkisi 100 qram olan heroin və 1 ədəd “Makarov” tipli tapança aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI